Haberler
Celil Memmedguluzade haqqında çıxan xeberler
"Molla Nəsrəddin" jurnalının nəşrindən 98 il ötdü
bizimasr.media tarih 20.02.2009, 23:05 (UTC)
 "Molla Nəsrəddin" jurnalının nəşrindən 98 il ötdü


"Molla Nəsrəddin" jurnalının nəşrindən 98 il ötdü



http://bizimasr.media-az.com/arxiv_2004/14/images/serbest.jpg



Azərbaycan satirik mətbuat tarixində müstəsna, eyni zamanda əvəzsiz yeri və rolu olan "Molla Nəsrəddin" jurnalının daha bir ildönümü arxada qaldı. İstər mətbuat tarixi, istərsə də özümüzü bir millət kimi tanımaq, daha dəqiq desək, dünyagörüşümüzə, mentalitetimizə və nələrə isə vaqif olmaq baxımından əsaslı mənbə olan "Molla Nəsrəddin" jurnalının ildönümünün diqqətdən kənarda qalması yolverilməzdir. Elə bu səbəbdən də "Molla Nəsrəddin" jurnalını, eləcə də onun yaradıcısı Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığını vərəqləyirik. Bu mövzular dönə-dönə araşdırıldığından və tədris olunduğundan imkan daxilində təkrara yol verməməyə çalışacağıq. "Molla Nəsrəddin"in yaradıcısı Cəlil Məmmədquluzadənin həyat və yaradıcılıq yolu haqqında ətraflı bilgilər yetərincədir. Ancaq ədibin özünün qələmə aldığı "Xatiratım" bu sahədə ən etibarlı mənbələrdən biridir.



Tarixi sənədlərdə Cəlil Məmmədquluzadənin 1866-cı il fevral ayının 22-də Naxçıvan şəhərində doğulduğu göstərilir. Ancaq bu, dəqiq tarix deyil. Bunu Cəlil Məmmədquluzadə özü də etiraf edib: "Nə vaxt anadan olmuşam? Vallah bilmirəm, çünki bu barədə əldə heç bir sənədim və yazım yoxdur... Mənim dünyaya gəlməyimi heç bir kəs yazı ilə bir yanda qeyd etməyib: o vaxtlar nə metrik dəftərlər var idi, nə də o vaxtlar atalar övladının doğulmaq yadigarını yazıya köçürməyi lazım bilirdilər. Mənim atam və anam da habelə. Bununla bərabər, bir neçə işarə ilə duya bilirəm ki, indi, yəni hicrətin min üç yüz qırx dördüncü və İsanın təvəllüdünün min doqquz yüz iyirmi altıncı ilində mənim yaşım gərək ya əlli altı ola, ya əlli yeddi ola, ya bəlkə də əlli səkiz ola. Belə ki, yadıma rus ilə osmanlı davasını salıram. Yoldaşlarım ilə durmuşduq Naxçıvanın Qələ məhəlləsində, bir uca yerdə. Axşam vaxtı idi. Gün təzə batmışdı və günün qürubunun qırmızı buludları günbatan tərəfini elə bürümüşdü ki, guya orada bir yekə barıt anbarını od vurub yandırıblar. O vədə yoldaşlarım məni inandırmışdılar ki, orada qızaran Qars şəhərinin yanğısıdır. Yəni orada rus və osmanlı davasıdır. Amma həqiqət bu idi ki, o il doğrudan da rus osmanlı müharibəsi idi ki, biz, səkkiz-doqquz yaşında küçə uşaqlarının coğrafi məlumatı ancaq o qədər ola bilərdi. Bundan savayı yaşımın miqdarını təyin etmək üçün bir yadigarım da var. Min səkkiz yüz həştad birdə İkinci Aleksandrın mücahidlər tərəfindən Peterburqda güllələnməyi mənim yadıma gəlir. On bir-on iki yaşında uşaq olardım". O, Naxçıvanda üç sinifli şəhər məktəbindən sonra təhsilini Zaqafqaziya müəllimlər seminariyasında davam etdirib. Təhsil illərindən sonra isə Cəlil Məmmədquluzadə bir müddət müəllim işləyib. Ədibin maarifçilik və ədəbi fəaliyyəti barədə dönə-dönə söhbət açıldığından, bu mövzuya toxunmayaraq, söhbətimizi onun ən böyük sənət abidəsi olan "Molla Nəsrəddin" barədə davam etdiririk.



"Molla Nəsrəddin" jurnalından danışarkən, Cəlil Məmmədquluzadənin nə vaxtsa söylədiyi "Molla Nəsrəddin"i təbiətin özü yaratdı, zəmanə özü yaratdı" sözləri tarixə düşsə də, eyni zamanda tarix sübut elədi ki, Cəlil Məmmədquluzadə bu sözləri con dərəcə təvazökarcasına dilə gətirib. Ən azı ona görə ki, bir əsrə yaxın zaman kəsiyini arxada qoyub gələn "Molla Nəsrəddin" bu illər ərzində təkrarsızlığını qoruyub. Zəmanə bu baxımdan nə qədər münbit olsa da, yeni bir "Molla Nəsrəddin" yaranmayıb. Halbuki "Molla Nəsrəddin"in üz tutduğu müsəlman qardaşları qətiyyən dəyişməyiblər. Yoxsa ötən əsrin əvvəllərində nəşr olunan "Molla Nəsrəddin" jurnalında işıqlandırılan mövzular bu gün öz aktuallığını itirərdi. Xatırladaq ki, Azərbaycanda, eləcə də Şərqdə hadisəyə çevriləcək satirik mətbu orqanın təməli "Tiflis, Varansovski küçəsi, nömrə 7" ünvanında qoyulub. "Molla Nəsrəddin" jurnalının ilk nömrəsi aprelin 7-də işıq üzü görüb. Jurnal fasilələrlə Tiflisdə (1906-1918), Təbrizdə (1920-1921), Bakıda (1922-1932) 25 il müddətində nəşr olunub.



"Molla Nəsrəddin"in ildönümünü xatırlayanda, istər-istəməz şüurlarda inqilab edən, cəmiyyəti silkələyən satirik jurnalı vərəqləmək gərəkdir: "Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb bəzi bəhanələr ilə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə. Çünki hükəmalar buyurublar: Sözünü o kəslərə de ki, sənə qulaq vermirlər. Ey mənim müsəlman qardaşlarım! Zəmani ki, məndən bir gülməli söz eşidib ağzınızı göyə açıb və gözlərinizi yumub o qədər xa-xa edib güldünüz ki, az qaldı bağırsaqlarınız yırtılsın və dəsmal əvəzinə ətəkləriniz ilə üz-gözünüzü silib "Lə’nət şeytana" dediniz, o vaxt elə güman etməyin ki, mənə gülürsünüz. Ey müsəlman qardaşlarım! Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və diqqət ilə baxınız camalınıza.



Sözümü tamam etdim, ancaq bircə üzrüm var: məni gərək bağışlayasınız, ey mənim türk qardaşlarım, mən sizin ilə türkün açıq ana dilində danışıram. Mən onu bilirəm ki, türkün dili ilə danışmaq eyibdir və şəxsin elminin azlığına dəlalət edir, amma hərdənbir keçmiş günləri yad etmək lazımdır; salın yadınıza o günləri ki, ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə türk dilində lay-lay deyirdi və siz qulaq ağrısı səbəbinə sakit olmurdunuz. Axırı biçarə ananız deyirdi, "Bala, ağlama, xortdan gələr, səni aparar" və siz dəxi canınızın qorxusundan səsinizi kəsib, ağlamaqdan sakit olurdunuz. Hərdənbir ana dilində danışmaq ilə keçmişdə gözəl günləri yad etməyin nə eybi var?" Təbii ki, bu gün, "Molla Nəsrəddin" jurnalının ildönümündə səslənəcək ən maraqlı fikirlər tədqiqatçılara məxsus olacaq. Bu məramla üz tutduğumuz müsahibimiz "Molla Nəsrəddin" jurnalının tədqiqatçılarından biri, filologiya elmləri namizədi Turan Həsənzadədir.



Turan Həsənzadə ilk satirik mətbu orqanla bağlı fikirlərini belə bölüşdü:



- İstisnasız deyim ki, "Molla Nəsrəddin" Şərqin ən şöhrətli jurnalı olub. Bu, tək azərbaycanlı alimlərin fikri deyil, adını unutmuşam, bir fransız şərqşünası var, bu, onun sözləridir."Dünyada satirik jurnallar çoxdur. Ancaq indiyə qədər "Molla Nəsrəddin" satirik jurnalı kimi, dünya səviyyəsində ikinci bir jurnala rast gəlmədim". Və bütün bunlar hansı bir şəraitdə edilib? Çar imperiyasının geridə qalmış bir əyalətində. Həsən bəy Zərdabinin "Əkinçi" qəzetinin ənənələrini əsas götürərək, inkişaf etdirən Mirzə Cəlil dəfələrlə özü də etiraf edir ki, "mövhumatı, cəhaləti tənqid eləmək elə bilirsiniz asandır? Onlara qarşı çıxmaq üçün biz bəzən həyatımızı da təhlükə altında qoyuruq". Bəs bu jurnalın özəlliyi nədədir? Dünya hadisələrindən tutmuş, cəhalət, mövhumat, məişət - elə bir sahə yoxdur ki, diqqətdən kənarda qalsın - mövzularını öz səhifələrində 25 ilə yaxın işıqlandıran, təhlil edən yeganə jurnaldır. Karikaturaları isə əsl sənət nümunələridir. Son dərəcə ustalıqla çəkilən bu şəkillərdə istənilən məğz savadsız insanlara belə çatdırılıb.



Təəssüf ki, hətta bu gün də "Molla Nəsrəddin" tam tədqiq olunmayıb. Xüsusilə Mirzə Cəlilin felyetonları lazımi səviyyədə araşdırılmayıb. Mən bu gün Cənubi Azərbaycandakı fəaliyyəti və ümumiyyətlə, ədibin bu mövzuyla bağlılığı üzərində dayanmaq istəyirəm. Cənubi Azərbaycanda "Molla Nəsrəddin"in nəşrində Cəlil Məmmədquluzadənin əməyi daha çox olub. Jurnalın Tiflis nəşrindəki imzalarını saxlamaq naminə o, qələm yoldaşlarının əvəzinə onların imzası ilə məqalələr yazıb. Təsəvvür edin ki, hər nömrədə 8-9 felyetonu çap olunub. Mirzə Cəlil Təbriz mövzusuna həmişə xüsusi diqqətlə yanaşıb, Cənubla maraqlanıb. Onların azadlıq mübarizəsini alqışlayaraq, öz xidmətini göstərmək istəyində olub. O, Təbrizə gedəndə də, Şeyx Məhəmməd Xiyabani ilə görüşəndə də birinci növbədə "Molla Nəsrəddin"i nəşr etdirmək, bununla bərabər azadlıq mücadiləsində onlara kömək eləmək istəyib. Ancaq Mirzə Cəlilin Şeyx Məhəmməd Xiyabani ilə olan söhbətindən bir həftə sonra Xiyabani qəddarcasına qətlə yetirilir. Bu zaman Mirzə Cəlil çıxılmaz vəziyyətdə qalaraq geri dönmək istəyir. Lakin onun ətrafındakılar, maarifpərvər qüvvələr onu geri qayıtmağa qoymayaraq, jurnalın nəşrinə kömək edirlər.



- Turan müəllim, "Molla Nəsrəddin" iki müxtəlif ideoloji məkanda işıq üzü görüb. Bu məqamın satirik jurnala hansı təsiri olub, ayrı-ayrı ideoloji məkanda nəşr olunan jurnallar arasında fərq nəzərə çarpıbmı?



- Demək olar ki, heç bir fərq olmayıb. Unutmayaq ki, ədib sovetlərə, şuraya ümidlə yanaşıb. "Bu hökumət ədalətli olacaq" inamlı bir çox ziyalılarımız kimi, o da bu fikirdə olub. Ancaq sonrakı dövrlərdə onun inamı köklü surətdə sarsılır. O, çar Rusiyası dövründə nəşr olunan "Molla Nəsrəddin" jurnalında olduğu qədər dövlət quruluşunu, məmurları kəskin tənqid edə bilməsə də, təbii ki, həmişə sözünü deyib. Bir qədər dolayı, yumşaq formada olsa da. Mirzə Cəlil 37-ci illərə qədər yaşasaydı, güman ki, o da repressiya qurbanları arasında olacaqdı. Çox zaman "Molla Nəsrəddin" jurnalının nəşrinin dayandırılmasını Mirzə Cəlilin səhhəti və ölümü ilə əlaqələndirsələr də, əslində vəziyyət bir qədər ayrı cür olub. Mirzə Cəlil hələ dünyasını dəyişməmişdi, yuxarıdan belə bir tapşırıq gəlir ki, "Molla Nəsrəddin" "Allahsız" adı ilə nəşr olunsun. Ədib bundan qəti surətdə imtina edir. Yeri gəlmişkən, Cəlil Məmmədquluzadə mövhumata qarşı çıxaraq, şəxsi mənafelərini güdən din xadimlərini tənqid eləsə də, o heç bir zaman Yaradana qarşı çıxmayıb. Təsadüfi deyil ki, Mirzə Cəlil dəfələrlə "Qur’an"dan sitatlar gətirib. Redaksiya heyətində yuxarıdan gələn bu tapşırığı razılıqla qarşılayanlar da olub. Ancaq Mirzə Cəlil bu işə qətiyyən əl qoymayıb. "Allahsız"ın ilk nömrəsi uğursuzluqla qarşılandığından jurnalın nəşri dayanır. Onu da deyim ki, 1906-1911-ci illər - Sabirin vəfatına qədər olan dövr "Molla Nəsrəddin" jurnalının ən uğurlu dövrüdür.



- Bu gün "Molla Nəsrəddin" ənənələri nə dərəcədə qorunub saxlanılıb?



- Ciddi surətdə qorunub saxlanılmayıb. Sadəcə olaraq, həmişə çalışıblar ki, "Molla Nəsrəddin"sayağı yeni jurnal nəşr eləsinlər. Hətta arada məhz o adda jurnal da işıq üzü gördü. Əslində o, köçürmələrdən başqa heç nə deyildi. Bu haqda danışanda maraqlı bir mənzərənin şahidi oluruq. "Molla Nəsrəddin" Şimali Azərbaycanda mətbuat hadisəsi olsa da, burada biz onun layiqli davamçılarını görmürük, Cənubda qısamüddətli nəşri isə orada layiqli davamçıların üzə çıxmasına şərait yaradıb. Belə ki, Cənubi Azərbaycanda "Suri İsrafil", "Satirik Azərbaycan" və s. satirik jurnallar işıq üzü görüb. Bu jurnallar "Molla Nəsrəddin" ənənələri əsasında öz yollarını müəyyənləşdirib.

Sevinc RƏHİMOVA


 

«Molla Nəsrəddin» jurnalının yaradılmasından 102 il keçir
anspress-7.4.2008, 10:52 alıntıdır tarih 13.02.2009, 01:31 (UTC)
 Cəmiyyətin eybəcərliklərini çəkinmədən açıb göstərən satirik jurnalın çapı təkcə Azərbaycanda yox, həm də Şərqdə ciddi bir hadisə kimi qarşılanıb

Bu gün Azərbaycan satirik mətbuatının klassik nümunəsi olan «Molla Nəsrəddin» jurnalının nəşr edilməsindən 102 il keçir. Cəmiyyətin eybəcərliklərini, qüsurlarını çəkinmədən, qorxmadan açıb göstərən, müsəlman qardaşlarını bir növ cahillik yuxusundan oyatmağa çalışan «Molla Nəsrəddin»-in çapı təkcə Azərbaycanda yox, həm də Şərqdə ciddi bir hadisə kimi qarşılanıb. Həftəlik, illüstrasiyalı ilk Azərbaycan satirik jurnalı «Molla Nəsrəddin» 7 aprel 1906-cı ildə təsis olunub. «Molla Nəsrəddin»in birinci nömrəsi Tiflisdə çapdan çıxıb. Jurnal 25 il müddətində fasilələrlə Tiflis, Təbriz və Bakıda nəşr olunub. Jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr olunmuşdur. Jurnalın Orta Asiyada, Krımda, İrəvan, Qazan, Ufa, Həştərxan, Orenburq, Təbriz, Tehran, Ərzrum, İstanbul, Qahirə, Bombey, Kəlküttə və s. şəhərlərdə çoxlu oxucusu var idi. «Molla Nəsrəddin»-in səhifələrində yer alan dünya hadisələrindən tutmuş, cəhalət, mövhumat, din, dil, məişət məsələləri məktəb savadı olmayan adi adamların başa düşəcəyi sadə dildə yazılır və satiranın gücü ilə onların beyninə yeridilirdi. Bunun üçün jurnal əməkdaşları müxtəlif satirik hekayə, felyeton, şer, gülməli xəbərlər, atalar sözləri, məsəllər, atmacalardan istifadə edirdi. «Molla Nəsrəddin» jurnalını başda Redaktoru və naşiri Cəlil Məmmədquluzadə, onun yaradıcıları Ömər Faiq Nemanzadə, eləcə də Mirzə Ələkbər Sabir, Əliqulu Qəmküsar, Əli Nəzmi, Mirzəli Möcüz və digərləri olmaqla, XX əsrin əvvəllərində yaşayıb yaratmış "Molla Nəsrəddin"çilərin çoxcildlik külliyatı da adlandırırlar. /ANS PRESS/
 

"Molla Nəsrəddin Moskvada"
anspress-28.4.2007, 23:08 tarih 13.02.2009, 01:24 (UTC)
 "Molla Nəsrəddin Moskvada"
AZƏRBAYCANLI TƏLƏBƏLƏR RUSİYA PAYTAXTINDA MİRZƏ CƏLİLƏ VƏ SABİRƏ HƏSR OLUNMUŞ ƏDƏBİ TAMAŞA GÖSTƏRİBLƏR

Aprelin 21-də Moskvada təhsil alan bir qrup azərbaycanlı tələbənin təşkilatçılığı ilə "Molla Nəsrəddin Moskvada" adlı ədəbi tamaşa nümayiş olunub. Tamaşa 157 saylı Azərbaycan milli mədəniyyət təmayüllü orta ümumtəhsil məktəbində, "Birlik" Gənclər Cəmiyyətinin dəstəyi ilə baş tutub. İki hissədən ibarət ədəbi tamaşada "Molla Nəsrəddin" jurnalının baş redaktoru, görkəmli yazıçı-publisist Cəlil Məmmədquluzadənin, həmçinin jurnalın fəal müəlliflərindən olan böyük satirik şair Mirzə Ələkbər Sabirin həyat və yaradıcılığı diqqət mərkəzində dayanıb. Qonaqlarda ən çox maraq doğuran tamaşanın orijinal formada – dialoq əsasında təqdim edilməsi olub. Tamaşanın məzmununa görə, Moskvada təhsil alan və bir yerdə yaşayan iki azərbaycanlı tələbə axşam vaxtı Cəlil Məmmədquluzadə barədə bildiklərindən danışmağı, bu mövzuda söhbət etməyi qərara alırlar. Onlar Mirzə Cəlilin yaradıcılığından daha çox, həyatında baş verən maraqlı hadisələrdən söz açırlar. Birinci hissədə işıqlar söndürülüb, səhnədəki stolun üstündə şam yandırılır. Sona yaxın söhbət Mirzə Ələkbər Sabirdən düşür. Lakin tələbələr artıq gec olduğunu səbəb gətirərək, Sabir dünyasına növbəti gün səyahət etməyə qərar verirlər. Birinci hissə başa çatdıqdan sonra fasilə elan olunur. Fasilədə tamaşaçılar çay və paxlava qonaqlığına dəvət edilirlər. İkinci hissədə hadisələr səhər baş verdiyindən səhnədə işıqlar yanır. İştirakçıların geyimlərində də dəyişiklik var. Onlar yenə səhnədəki yazı stolu ətrafında oturublar və bu dəfə Mirzə Ələkbər Sabirin həyatında baş vermiş maraqlı əhvalatlardan danışırlar... Tamaşanın tərtibatına gəlincə, səhnənin milli biçimdə bəzədildiyi mütləq qeyd edilməlidir. Arxada xalça asılıb, rəflərə Azərbaycan dilində kitablar, müxtəlif milli əşyalar və samovar qoyulub. Tamaşa əvvəldən sonacan tarda səsləndirilən müxtəlif musiqilərlə müşayiət olunur. Sonda qonaqların çıxışları oldu. Onlar belə maraqlı bir tədbirin keçirilməsində əməyi olan hər kəsə, xüsusən də azərbaycanlı tələbələrə minnətdarlıq etdilər.

 

Bizim ESR Gezeti alıntı
10 Aprel, 2001. Cersenbe|№39(262) Bizim ESR Gezeti tarih 13.02.2009, 01:09 (UTC)
 “Sizi deyib gelmisem”
“Molla Nesreddin” jurnalInIn nesrinden 95 il otdu

“Molla Nesreddin”i tebietin ozu yaratdI, zemane ozu yaratdI”
Celil Memmedquluzade

Tarix subut eledi ki, Celil Memmedquluzade bu sozleri con derece tevazokarcasIna dile getirib. En azI ona gore ki, 95 ili, bir esre yaxIn zaman kesiyini arxada qoyub gelen Molla Nesreddin bu iller erzinde tekrarsIzlIqInI qorudu. Zemane bu baxImdan ne qeder munbit olsa da, yeni bir Molla Nesreddini yaratmadI. Ve Molla Nesreddinin uz tutduqu muselman qardaslar da qetiyyen deyismeyib. Yoxsa, oten esrin evvellerinde nesr olunan “Molla Nesreddin” jurnalInda isIqlandIrIlan movzular bu gun oz aktuallIqInI itirerdi.

“Molla Nesreddin”i yada salmaqImIz tesadufi deyil, duz 95 il once, “Tiflis, Varansovski kucede, nomre 7” unvanInda Azerbaycanda, elece de Serqde hadiseye cevrilecek satirik metbu orqanIn temeli qoyulub. Aprelin 7-si “Molla Nesreddin” jurnalInIn ilk nomresi isIq uzu gorub. XatIrladaq ki, jurnal fasilelerle, Tiflisde (1906-1918), Tebrizde (1920-1921), BakIda (1922-1932) 25 il muddetinde nesr olunub. “Molla Nesreddin”in ildonumunu xatIrlayanda, artIq soze ehtiyac duymadan, suurlarda inqilab eden, cemiyyeti silkeleyen satirik jurnalI vereqlemek gerekdir:
“Sizi deyib gelmisem, ey menim muselman qardaslarIm! O kesleri deyib gelmisem ki, menim sohbetimi xoslamayIb be’zi behaneler ile menden qacIb gedirler, meselen, fala baxdIrmaqa, it boqusdurmaqa dervis naqIlIna qulaq asmaqa, hamamda yatmaqa ve qeyri bu nov vacib emellere. Cunki hukemalar buyublar: Sozunu o keslere de ki, sene qulaq vermirler. Ey menim muselman qardaslarIm! Zemani ki, menden bir gulmeli soz esidib aqzInIzI goye acIb ve gozlerinizi yumub o qeder xa-xa edib guldunuz ki, az qaldI baqIrsaqlarInIz yIrtIlsIn ve desmal evezine etekleriniz ile uz-gozunuzu silib “Le’net seytana” dediniz, o vaxt ele guman etmeyin ki, mene gulursunuz. Ey muselman qardaslarIm! Eger bilmek isteseniz ki, kimin ustune gulursunuz, o vaxt qoyunuz qabaqInIza aynanI ve diqqet ile baxInIz camalInIza. Sozumu tamam etdim, ancaq birce uzrum var: meni gerek baqIslayasInIz, ey menim turk qardaslarIm, men sizin ile turkun acIq ana dili ile danIsIram. Men onu bilirem ki, turkun dili ile danIsmaq eyibdir ve sexsin elminin azlIqIna delalet edir, amma herden bir kecmis gunleri yad etmek lazImdIr; salIn yadInIza o gunleri ki, ananIz sizi besikde yIrqalaya-yIrqalaya size turk dilinde lay-lay deyirdi ve siz qulaq aqrIsI sebebine sakit olmurdunuz. AxIrI bicare ananIz deyirdi, “Bala, aqlama, xortdan geler, seni aparar” ve siz dexi canInIzIn qorxusundan sesinizi kesib, aqlamaqdan sakit olurdunuz. Herden bir ana dilinde danIsmaq ile kecmisde gozel gunleri yad etmeyin ne eybi var?” “Molla Nesreddin”in ilk nomresinde atalar sozleri de saf- curuk olunub: “Adam yata-yata alim olur,” “AxsamIn isin sabaha qoy, sabahIn isin axsama”, “Anlayana da qul ol, anlamayana da”, “Oluden seytan da el ceker, arvadlar el cekse”, “Olme esseyim olme, yaz geler huriyyet biter”, “UsaqIn suurlusu dersden qacar”, “Plovun yaqlIsIn yeyen yaxsI fatihe verer”, “At at ile boqusar, hokumetin isi rast geler”, “Esseye gucu catmIr, muselmanI tapdalayIr”, “Islemek adamI puca cIxarIr”, “Issizlik dovletliliyin acarIdIr”, “IkiarvadlI ev bereketli olar”, “BasladIqIn isi yarIda qoy”, “Ac toyuq yuxusunda plov gorer”, “AtI atIn yanInda baqlasan, xan gorub deyer, birin baqIsla mene”.
Tebii ki, bu gun, “Molla Nesreddin” jurnalInIn ildonumunde seslenecek en maraqlI fikirler tedqiqatcIlara mexsus olacaq. “Molla Nesreddin” jurnalI iller boyu boyuk ehtiramla xatIrlansa da, bu senet abidesinin metbuat tarixinde yeri ve rolu daha deqiq mueyyenlesdirilmelidir. Bu meramla uz tutduqumuz musahibimiz “Molla Nesreddin” jurnalInIn tedqiqatcIlarIndan biri, filologiya elmleri namizedi Turan Hesenzadedir.
- IstisnasIz deyim ki, “Molla Nesreddin” Serqin en sohretli jurnalI olub. Bu tek azerbaycanlI alimlerin fikri deyil, adInI unutmusam, bir fransIz serqsunasI var, bu onun sozleridir.”Dunyada satirik jurnallar coxdur. Ancaq indiye qeder “Molla Nesreddin” satirik jurnalI kimi, dunya seviyyesinde ikinci bir jurnala rast gelmedim”. Ve butun bunlar hansI bir seraitde edilib. Car imperiyasInIn geride qalmIs bir eyaletinde. Hesen bey Zerdabinin “Ekinci” qezetinin en’enelerini esas goturerek, inkisaf etdiren Mirze Celil defelerle ozu de e’tiraf edir ki, “movhumatI, cehaleti tenqid elemek ele bilirsiniz asandIr. Onlara qarsI cIxmaq ucun biz be’zen heyatImIzI da tehluke altInda qoyuruq”. Bes bu jurnalIn ozelliyi nededir? Dunya hadiselerinden tutmus cehalet, movhumat, meiset - ele bir sahe yoxdur ki, diqqetden kenarda qalsIn- movzularInI oz sehifelerinde 25 ile yaxIn isIqlandIran, tehlil eden yegane jurnaldIr. KarikaturalarI ise esl senet numuneleridir. Son derece ustalIqla cekilen bu sekillerde istenilen meqz savadsIz insanlara bele catdIrIlIb. Teessuf ki, hele bu gunde “Molla Nesreddin” tam tedqiq olunmayIb. Xususen de, Mirze Celilin felyetonlarI lazImi seviyyede arasdIrIlmayIb. Men bu gun Cenubi AzerbaycandakI fealiyyeti ve umumiyyetle edibin bu movzuyla baqlIlIqI uzerinde dayanmaq isteyirem. Cenubi Azerbaycanda “Molla Nesreddin”in nesrinde Celil Memmedquluzadenin emeyi daha cox olub. JurnalIn Tiflis nesrindeki imzalarInI saxlamaq namine o, qelem yoldaslarInIn evezine onlarIn imzasI ile meqaleler yazIb. Tesevvur edin ki, her nomrede 8-9 felyetonu cap olunub. Mirze Celil Tebriz movzusuna hemise xususi diqqetle yanasIb, cenubla maraqlanIb. OnlarIn azadlIq mubarizesini alqIslayaraq, oz xidmetini gostermek isteyinde olub. O, Tebrize gedende de, Seyx Mehemmed Xiyabani ile gorusende de, birinci novbede de “Molla Nesreddin”i nesr etdirmek, bununla beraber azadlIq mucadilesinde onlara komek elemek isteyib. Ancaq Mirze Celilin Seyx Mehemmed Xiyabani ile olan sohbetinden bir hefte sonra Xiyabani qeddarcasIna qetle yetirilir. Bu zaman Mirze Celil cIxIlmaz veziyyetde qalaraq geri donmek isteyir. Lakin onun etrafIndakIlar, maarifperver quvveler onu geri qayItmaqa qoymayaraq, jurnalIn nesrine de komek edirler.
- Turan muellim, “Molla Nesreddin” iki muxtelif ideoloji mekanda isIq uzu gorub. Bu amilin satirik jurnala hansI te’siri olub, ferq nezere carpIb?
- Demek olar ki, hec bir ferq olmayIb. Unutmayaq ki, edib sovetlere, suraya umidle inamla yanasIb. “Bu hokumet edaletli olacaq” inamlI bir cox ziyalIlarImIz kimi, o da bu fikirde olub. Ancaq sonrakI dovrlerde onun inamI koklu suretde sarsIlIr. O, car RusiyasI dovrunde nesr olunan “Molla Nesreddin” jurnalInda olduqu qeder dovlet qurulusuna, me’murlarIn keskin tenqidine yanasa bilmese de, tebii ki, hemise sozunu deyib. Bir qeder dolayI, yumsaq formada olsa da. Mirze Celil 37-ci illere qeder yasasaydI, guman ki, o da repressiya qurbanlarI arasInda olacaqdI. Cox zaman “Molla Nesreddin” jurnalInIn nesrinin dayandIrIlmasInI, Mirze Celilin sehheti ve olumu ile elaqelendirseler de, eslinde veziyyet bir qeder ayrI cur olub. Mirze Celil hele dunyasInI deyismemisdi, yuxarIdan bele bir tapsIrIq gelir ki, “Molla Nesreddin” “AllahsIz” adI ile nesr olusun. Edib bundan qeti suretde imtina edir. (Celil Memmedquluzade movhumata qarsI cIxaraq, sexsi menafelerini guden din xadimlerini tenqid elese de, o hec bir zaman Yaradana qarsI cIxmayIb. Tesadufi deyil ki, Mirze Celil Qur’andan ayeler getirib). Redaksiya hey’etinde yuxarIdan gelen bu tapsIrIqI yekdillikle qarsIlayanlarda olur. Ancaq Mirze Celil bu ise qetiyyen el qoymayIb. “AllahsIz”In ilk nomresi uqursuzluqla qarsIlandIqIndan jurnalIn nesri dayanIr. Onu da deyim ki, 1906-1911-ci iller “Molla Nesreddin” jurnalInIn Cabirin vefatIna qeder en uqurlu nomreleridir.
- “Molla Nesreddin” en’eneleri ne derecede qorunub saxlanIlIb?
- Ciddi suretde qorunub saxlanIlmayIb. Sadece olaraq, hemise calIsIblar ki, “Molla Nesreddin” sayaqI yeni jurnal nesr elesinler. Hetta arada mehz o adda jurnal da isIq uzu gordu. Eslinde o, kocurmelerden basqa hec ne deyildi. Bu haqda danIsanda maraqlI bir menzerinin sahidi oluruq. “Molla Nesreddin” AzerbaycanIn simal hissesinde metbuat hadisesi olsa da, burada biz onun layiqli davamcIlarInI gormuruk, cenubda qIsamuddetli nesri ise orada layiqli davamcIlarIn uze cIxmasIna serait yaradIb. Bele ki, Cenubi Azerbaycanda “Suri Israfil”, “Satirik Azerbaycan” ve s. satirik jurnallar isIq uzu gorub. Bu jurnallar “Molla Nesreddin” en’eneleri esasInda oz yollarInI mueyyenlesdirib. Hal-hazIrda “Kirpi” jurnalI “Molla Nesreddin”in davamcIsI olmaq isteyir. AcIq e’tiraf edek ki, bu isteklerini qetiyyen doqrultmayIblar. Son soz yene “Molla Nesreddin”indir:
“Ey yuz il bundan sonra dunyada yasayan neve ve neticelerim! Belke... “Molla Nesreddin”in vereqleri duse elinize ve oxuyasInIz. Men qorxuram ki, siz o ve’de deyesiniz ki, bu rehmetlik “Molla Nesreddin” bizim rehmetlik babalarImIza bohtan deyib, cunki yazdIqI emelleri hec qedim esrlerde yasayan vehsi tayfalar da tutmazdIlar. Ey xosbext neve ve neticelerimiz, qorxuram ki, bele deyesiniz”...

 

<-Geri

 1 

Devam->

 


Celil Memmedguluzadeni tanıyor musunuz
Evet
Hayır

(Sonucu göster)


 
 
Bugün 4 ziyaretçi (5 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol